“Məktəblilərin eyni formada geyinməsini dəstəkləyirəm”

“Məktəblilərin eyni formada geyinməsini dəstəkləyirəm”
“Məktəblilərin eyni formada geyinməsini dəstəkləyirəm”

"Məktəblilərin eyni formada geyinməsi təhsil mühitində bərabərliyin qorunması baxımından vacibdir. Vahid məktəbli forması uşaqlar arasında geyimə görə fərqlərin yaranmasının qarşısını almağa kömək edir".

OLAY yazır ki, mövzu ilə bağlı Xalq artisti Zülfiyyə Xanbabayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəblilərin vahid geyim formasında olması ilə bağlı fikirlərini bölüşüb.

Zülfiyyə Xanbabayeva qeyd edib ki, qızı məktəbdə oxuduğu zaman da şagirdlərin eyni formada geyinməsini dəstəkləyib. Onun fikrincə, uşaqların istədikləri kimi geyinməsi məktəblilər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb ola bilər.

“Əlbəttə, mən qızım məktəbdə oxuyanda da onların formalarının eyni olmasını istəyirdim.Övladımı ümümtəhsil müəssisəsinə qoyanda da düşünürdüm ki, məktəbli geyimi hamı üçün eyni olmalıdır. Çünki şagirdlər istədikləri kimi geyinəndə elə bir vəziyyət yaranır ki, kimsə daha bahalı, kimsə isə fərqli geyimdə olur. Bu da uşaqlar arasında müəyyən fərqlərin ortaya çıxmasına səbəb ola bilər. Amma hamı eyni formada olanda bu cür düşüncələr və müqayisələr arxa plana keçir”, – deyə sənətçi bildirib.

Xalq artisti vurğulayıb ki, uşaqların məktəb yaşlarında düşüncələri və həyata baxışları hələ formalaşma mərhələsində olur. Buna görə də onların təhsil mühitində özlərini başqaları ilə müqayisə etmələrinə səbəb ola biləcək halların mümkün qədər azaldılmasını vacib hesab edir.

Zülfiyyə Xanbabayeva özünün də valideyn kimi bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib. O bildirib ki, qızının məktəb illərində vahid forma qaydasının tətbiq olunmasını doğru yanaşma hesab edib və bu mövqeyini indi də qoruyub saxlayır.

“Uşaqlar məktəbdən gələndə müxtəlif şeylər görür, düşünür, başqaları ilə özlərini müqayisə edirlər. Mən bunu sizə ən sadə formada izah edirəm ki, fikrim aydın olsun. Ona görə də hesab edirəm ki, məktəbdə hamının eyni formada geyinməsi yaxşıdır. Mən qızımın məktəbdə vahid forma geyinməsini dəstəkləmişəm və bu yanaşma ilə razıyam”, – deyə Zülfiyyə Xanbabayeva fikirlərini yekunlaşdırıb.

Mənbə: olay.az