Bred Pittin yeni sevgilisi - (Foto)

Bred Pittin yeni sevgilisi - (Foto)
Bred Pittin yeni sevgilisi - (Foto)

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az xəbər verir ki, cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimində iştirak edib. Onlar tədbirə Kluniyə dəstək olmaq üçün qatılıblar.

Bred Pitt və İnes de Ramon 2022-ci ilin sonlarından münasibətdədirlər. Cütlük ilk dəfə həmin ilin noyabrında Los-Ancelesdə Bono konsertində birlikdə görüntülənib. Həmin vaxt "People" nəşrinə danışan mənbə onların artıq bir neçə aydır gizli münasibət yaşadıqlarını bildirib.

2024-cü ilin əvvəlində İnes de Ramon aktyorun evinə köçüb. O, Bred Pitti tez-tez ictimai tədbirlərdə də müşayiət edir. Aktyora yaxın mənbələrin sözlərinə görə, İnes Ancelina Coli ilə boşandıqdan sonra yaşanan qalmaqallar fonunda ona böyük dəstək olur. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Bred Pittin yeni sevgilisi - (Foto)
Mənbə: news.milli.az