Məşhur rok-n-roll kralı Elvis Preslinin ayaqqabısı rekord qiymətə satılıb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, "Henry Aldridge and Son" auksion evində keçirilən hərracda mavi zamşa ayaqqabıları 120.000 funt sterlinqə (təxminən 152.000 dollar) satışa çıxarılıb.
Bildirilir ki, ayaqqabıları Klaiforniyadan bir müştəri alıb.
Hərrac evinin məlumatına görə, Presli ayaqqabıları 1956-cı ildə The Steve Allen Show-da "I Want You, I Need You, I Love You" və "Hound Dog" mahnılarını oxuyarkən geyinib və dostu Alan Fortasa hədiyyə edib.
Milli.Az