“Meryemi qısqandım!” - Hülya Avşar

“Meryemi qısqandım!” - Hülya Avşar

Türk müğənni Hülya Avşar aktrisa Meryem Üzerli haqqında verdiyi açıqlama ilə diqqət çəkib.

OLAY yazır ki, ötən günlərdə Üzerlini verilişinə dəvət edən sənətçi aktrisa barədə xoş fikirlər səsləndirib:

“Bu qədər xoş biri olduğunu təxmin eləmirdim. Meryemi qısqandım! Qısqanılacaq bir gözəlliyə sahibdir. O, verdiyim suallardan heç narahat olmadı, amma başqaları onun adına narahat oldu”.

Qeyd edək ki, Hülya Avşar verilişində Meryem Üzerliyə verdiyi “Niyə səninlə heç evlənməyiblər? Yəni, səni niyə qaçırıblar?” sualına görə sosial mediada linç edilmişdi.

Oruc Ələsgərov