"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)

"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)
"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)

Aktyor Türkay Cəfərli anasına olan sevgisi ilə bağlı danışıb. Sənətçinin səmimi etirafı diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, bu barədə "Sevilən səhər" verilişində danışarkən valideyn sevgisinin insanın həyatındakı əhəmiyyətini vurğulayıb. O, anasına sevgisini ifadə edən kişilərin "ana uşağı" adlandırılması ilə razılaşmadığını bildirib.

"Bəziləri deyir ki, valideynini sevən oğlan ana uşağı olur. Qətiyyən bu fikirlə razı deyiləm. Onlar hər oğula layiq ana sevgisini verə bilmirlər. Ərköyün kişilər də olub. Ana həm də oğlunu kişi kimi bərkidəndir", - deyə aktyor qeyd edib.

Türkay Cəfərli anası ilə hər zaman yaxın münasibətdə olduğunu da söyləyib. "Mən hər evdən çıxanda anamı öpüb, qoxlamasam, qucaqlamasam, o gün mənim üçün gün olmur", - deyə o bildirib.

Aktyor hərbi xidmətə yola düşdüyü gün yaşadığı peşmanlığı da xatırlayıb. Onun sözlərinə görə, həmin vaxt hərbi xidmətə gedəcəyini yalnız ailəsi bilib. Evdə qonaqlar olduğuna görə evdən çıxarkən anası ilə vidalaşa bilməyib.

"Bir dəfə peşmanlıq çəkmişəm. Əsgərliyə gedirdim, təkcə ailəm bilirdi, heç kimə deməmişdim. Evdə də qonaq var idi deyə evdən çıxanda anamla görüşə bilmədim. O peşmanlıq anam bu gün də yanımda olsa da, yadımdadır", - deyə Türkay Cəfərli bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az