Müğənni İlqarə Kazımova “Qoy sevməsin heç” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
OLAY yazır ki, mahnının söz və musiqisi Fərid Kərimliyə məxsusdur. Musiqi prodüseri Samir Sultanov, vokal prodüseri isə İsmayıl Əsədovdur.
Sevgi mövzusuna həsr olunan mahnı artıq rəqəmsal musiqi platformalarında dinləyicilərə təqdim edilib.
Xatırladaq ki, İlqarə Kazımova “Qoy sevməsin heç” mahnısını ilk dəfə doğum günü mərasimində eksklüziv olaraq ifa etmişdi. Bu gün isə mahnının rəsmi təqdimatı baş tutub.
Mənbə:
olay.az
















