Cavan Zeynallı 14 kiloqram arıqladı - FOTO

Cavan Zeynallı 14 kiloqram arıqladı - FOTO

Xalq artisti Cavan Zeynallı 14 kiloqram arıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. Sənətçi yaşadığı hadisələrdən sonra onda iştahsızlıq yarandığını bildirib:

"Bir az yemək yemədim. İştah yox idi. Mənə çətin idi... Səbəblərindən danışmaq istəmirəm. Təklik pis şeydir. Çox yeyən insan da deyiləm. Psixoloqum da deyir ki, çətinlik çəkəndə çıx gəzməyə. Çöldə də tanımadığım adamlar var. Məsləhət də verdi ki, gəzmək istəməsən, piano qarşısına keç. İfa edirəm və birdən hiss edirəm ki, gözlərim açılır, ayaqlarım möhkəmlənir. Mənə güc gəlir".

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Röya Zeynallı ötən il vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun