"Əvvəl insanlar yaxın münasibətdə olurdu: rəfiqələr, qohum, qonşular. Hamı bir-birinin evinə gedib-gəlirdi... Dəyişdi, insanlar insanları tanımağa başladı. Hər kəs bir-birinin evinə getimir".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Gündən-günə" verilişində deyib. Aktrisa insanların soyuqluğundan danışıb. O bildirib ki, indi insanlar bir-birinin evinə qonaq getmir:
"Evlərdə qonaqlıq etmirlər. Deyirlər, evimi görməsinlər, bilməsinlər. Mən belə görünməliyəm. İçini göstərmək istəmirlər. 30 il əvvəl qapını vurub içəri girərdən, yeyib-içərdin. Bahalı salonda belə məclis et, sən busan.
40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam. Hər qadının qarşısında bir erkək olub: ərim, qardaşım, düşmənim. Psixoloq kimi qadının içinə giririk. İndi bir qadına baxanda mənə 10 dəqiqə lazımdır. Onun içini, çölünü bilirəm".
Aktrisa "Analar" tamaşasına görə ona edilən tənqidlərdən söz açıb:
"Zərbuta xanımı oynadım. Uşaq evindən götürülən gəlini çox incitdim, qəlbini qırdım. Qadın varlıdır, amma insanlıq yoxdur. O vaxt ev telefonları idi. Haradan nömrəmi tapıb zəng vururdular ki, sizdən gözləməzdik. İndi sosial şəbəkədə söyürlər. Amma siz hər dəfə məni danladıqca, mən yüksəldim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun