Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu

Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib.

OLAY yazır ki, “Bilirəm” adlanan bəstənin musiqisi Kamala məxsusdur. Aygün Kazımova mahnı üçün klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur.

Klip Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə lentə alınıb Bu il səhnə fəaliyyətinin 40 illiyini qeyd edən estrada ulduzu Aygün Kazımova yubiley ilini diqqətçəkən sənət layihələri ilə daha da zənginləşdirməkdə davam edir.

Qeyd edək ki, Xalq artisti yaradıcılığı boyu dəfələrlə Kamal bəstələrinə müraciət edib. Hətta Aygün Kazımovanın repertuarında olan “Nigaranam” mahnısı bir çox dillərə tərcümə olunaraq, onlarla sənətçilər tərəfindən ifa olunub.

Mənbə: olay.az