1970-ci illərin aparıcı Hollivud ulduzu Rayan O'Nil vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor ABŞ-də 82 yaşında dünyasını dəyişib. Bu barədə onun oğlu Patrik məlumat yayıb.
Qeyd edək ki, 2001-ci ildə Rayana xroniki leykoz, 2012-ci ildə isə prostat xərçəngi diaqnozu qoyulub.
O, "Məhəbbət hekayəsi" ("Qızıl Qlobus" və "Oskar"), "Nə var, doktor?", "Əsas hadisə", "Kağız ay" ("Qızıl Qlobus"), "Barri Lindon" filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb.
Milli.Az