Rusiyalı aktyor Oleq Şklovskinin şəxsi həyatında dəyişiklik baş verib. 79 yaşlı sənətçi üçüncü həyat yoldaşı ilə nikahını rəsmən sonlandırıb.
Milli.Az-ın "StarHit" nəşrinə istinadən məlumatına görə, oktyabrın 19-da Moskva məhkəməsi aktyorun boşanma ilə bağlı müraciətini təmin edib.
"Salam, mən sizin xalanızam!" filmi ilə tanınan Oleq Şklovski uzun illər ərzində kino və teatr sahəsində fəaliyyət göstərib. Aktyorun boşanması Rusiya mətbuatında diqqət çəkən mövzulardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















