Bir vaxtlar çox populyar olan Türkiyənin "Aliye" serialında canlandırdığı "kiçik Arda" rolu ilə yaddaşlara həkk olunan Ayberk Koçar aradan keçən illərdən sonra yenidən maraq obyektinə çevrilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Halit Ergenç və Nejat İşler kimi ulduzlarla eyni ekranı paylaşan Ayberk diqqət mərkəzindən uzaqlaşdıqdan sonra gözlənilməz bir karyera yolu seçib.
Ayberk Koçar, təhsilini başa vurduqdan sonra memarlıq sahəsində fəaliyyətə başlayıb və iş həyatını bu sahədə davam etdirir.
Qeyd edək ki, Koçar 2006-cı il istehsalı olan "Son Osmanlı Yandım Ali" filmində və 2008-ci ildə yayımlanan "Pulsar" serialında rol alıb. Gənc aktyor həmçinin 2010-cu ildə çəkilən "Hayde Bre" filmində də iştirak edib. 2013-cü ildə isə o, "Benim Hala Umudum Var" serialı ilə izləyicilərin qarşısına çıxıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

















