Rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə yazılan şərhlərə əsəbiləşib.
Milli.Az-ın məlumatına görə, sənətçi sevgilisinin olduğunu açıqladıqdan sonra izləyicilərin onun münasibəti barədə irəli sürdüyü fikirlərə etiraz edib.
Renka sevgilisinin ailəli kişi olduğunu düşünənlərə münasibətini bildirərək, subay bir şəxslə münasibət qurmasının niyə təəccüblə qarşılandığını anlamadığını vurğulayıb.
"Mən subay adamla sevgili ola bilmərəm?" - deyə rəqqasə ona yazılan şərhlərə sərt cavab verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















