Müğənni Günel Zeynalova canlı efirdə şəxsi arzularından birini açıqlayıb.
Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində qız uşağını övladlığa götürmək istədiyini etiraf edib.
O, bu istəyinin hələ də qüvvədə olduğunu bildirib. Uşaqlara qarşı xüsusi həssaslığının olduğunu deyən müğənni arzusunu həyata keçirmək üçün uyğun şəraitin yaranmasını gözlədiyini vurğulayıb.
"Düşünürəm ki, bununla savab iş görmüş olaram. Uşaqlara qarşı çox həssasam. Şərtlər uyğun olsa, bu arzumı reallaşdıraram. İnsanın beynində bir arzu, istək varsa, məncə, o, gerçəkləşir", - deyə Günel Zeynalova bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















