Mərhum türk sənətçi Güllünün oğlu Tuğberk Yağız Gülter sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
OLAY yazır ki, bacısı Tuğyanın ömürlük həbs cəzasına məhkum edilməsindən sonra Tuğberk səssizliyini pozub.
Gülter paylaşımında “İçimdə apardığım mübarizənin dağıdıcılığını və nə qədər böyük olduğunu yalnız mən və Allah bilə bilər. Heç kim məni anlaya bilməz, heç kim özünü mənim yerimə qoya bilməz.
Mənim yeganə məqsədim anama kiminsə zərər verib-vermədiyini öyrənməkdir. Mən günahsız birini həbsə atdırmaq və ömrünü həbsxanada keçirməsi üçün çalışan biri deyiləm” ifadələri yer alıb.

Mənbə:
olay.az
















