Türkiyənin məşhur "Yaprak Dökümü" serialı ilə bağlı illər sonra ortaya çıxan maraqlı açıqlama sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, serialda Şevkat obrazını canlandıran aktyor Ali Rızanın ölüm səhnəsinin çəkilişləri zamanı yaşananları danışıb. O, tamaşaçıların kövrəldiyi həmin səhnədə çəkiliş meydançasında vəziyyətin tamamilə fərqli olduğunu etiraf edib.
Aktyorun sözlərinə görə, dramatik səhnəni lentə alarkən ağlamaq əvəzinə gülürmüşlər.
İzləyicilərin yaddaşında kədərli an kimi qalan səhnə ilə bağlı bu etiraf maraq doğurub. Açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















