Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)

Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)
Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)

Müğənni Aysun İsmayılovanın makiyajsız görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ifaçı izləyicilərinin istəyini nəzərə alaraq makiyajsız videosunu paylaşıb. Lakin paylaşımın ardından sənətçinin görünüşü ilə bağlı müxtəlif rəylər yazılıb. Bəzi istifadəçilər onun görünüşünü bəyənsə də, digərləri üzündə filtrlərdən istifadə edildiyini və estetik prosedurların olduğunu iddia ediblər.

Şərhlərdən sonra Aysun yenidən kamera qarşısına keçərək daha bir video çəkib. Müğənni bu dəfə filtrlərsiz görünüşünü nümayiş etdirərək təbii gözəlliyindən danışıb.

Sənətçinin yeni paylaşımı da sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az