Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı olan Xalq artist Aygün Kazımovadan danışıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, meyxanaçı "Magazin plus"a açıqlamasında Kazımova ilə yeni duetlər haqqında fikirləşdiyini bildirib.
Namiq açıqlaması zamanı Aygünlə heç vaxt küsülü olmadığını, həmin vaxtlar burada deyil də xaricdə toylarda bir duet oxuduqlarını deyib:
"Heç bir hadisə olmadı. Əvvəllər Bakıda bu qədər dəvət almırdıq. Biz Moskvada dəfələrlə çıxış edirdik. Sonra burada da bizə tələbat yarandı və getdik. Burada qeyri-adi heçnə yodur. İnsanlar əvvəl dəvət etmirdi, getmirdik. İndi dəvət edirlər gedirik".
Xatırladaq ki, Aygün və Namiq uzun illər duet ortağı olublar. Bir çox sevilən duetlərə imza atan məşhur ikili daha sonra bu iş birliyini qalmaqallı şəkildə sonlandırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun