Müğənni Emil Bədəlov yeni doğulan qızı Cahanla bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ilk dəfə qızının üzünü göstərib.
O, paylaşımına "Cahan xanımın 40 gündən sonra ilk istirahəti" şərhini yazıb.
Qeyd edək ki, Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəli olan Emilin Səadət və Zeynəb adlı iki qızı da var.
Milli.Az