Röya: "Mən eşqsizlikdən kökəlib, 60 kiloqram oldum"

Röya: "Mən eşqsizlikdən kökəlib, 60 kiloqram oldum"
Röya: "Mən eşqsizlikdən kökəlib, 60 kiloqram oldum"

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, məkanlardan birində səhnə alan ifaçının şəxsi həyatı ilə bağlı etirafı müzakirələr yaradıb:

"Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eşq acısı çəkdim. 7 ay elə idim. Dostlarım deyir ki, bütün günü evdə yeyib-içirdin, necə eşq acısı yaşadın? Dedim, elə odur da. Olsaydı, restorana aparardı. Olmadığına görə evdə yeyib-içirəm. Axırım 60 kiloqram olmuşdu. Deməli, mən eşqsizlikdən kökəlirəm. Solmaz dolma bişirir, yeyirsən. Adamın həyatında kimsə olanda özünü qoruyursan, restorana aparır, pendirdən-zaddan yeyirsən. Guya, alicənabsan. Evə gələn kimi iki yumurta yeyirəm. Yəqin ki, o da eşitdi, bildi indi bunları".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az