Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)

Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)

Türkiyəli aktrisa Bensu Soralın "Organize İşler" layihəsinin reytinqi ilə bağlı açıqlaması diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, IMDb platformasında ekran işinin qiyməti 2,5 bala qədər düşüb. Bununla bağlı danışan aktrisa tamaşaçıların verdiyi aşağı qiymətlərin onu narahat etmədiyini bildirib.

Bensu Soral aktyor kimi üzərinə düşən işi yerinə yetirdiyini və bundan sonrasının onun məsuliyyətində olmadığını vurğulayıb.

"Mən aktrisayam, öz vəzifəmi yerinə yetirdim və bitdi", - deyə sənətçi bildirib.

Aktrisanın bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az