Xalq artisti Miri Yusif ad gününü qeyd edir.
OLAY yazır ki, sənətçinin həyat yoldaşı Nərgiz onunla bağlı danışıb:
“Ad günün mübarək, sevgilim! Üzümü güldürən, min bir nazıma dözən, hər zaman yanımda olanım... Allah səni bizə çox görməsin. Sənin hər zaman yüksəklərdən gələsən, uğurların bol, yolun daim açıq olsun! Yaxşı ki, varsan, yaxşı ki, mənimsən!”.
Nərgiz həmçinin oğlunun da ad günü olduğunu bildirib:
“Biz bu gün qayınanamla bir-birimizə ən gözəl hədiyyələri vermişik. O mənə, mən də ona. Ad günün mübarək, Mircahidim. Evimizin nəşəsi, sevincimiz, üzümüzün gülüşü. Hər zaman sağlam, xoşbəxt, bəxtəvər olasan”.


Mənbə:
olay.az
















