"Bütün var-dövlətimi itirdim" - FOTO

"Bütün var-dövlətimi itirdim" - FOTO

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Şeron Stoun illər əvvəl keçirdiyi insultdan sonra bütün var-dövlətini itirib. Onun zəif vəziyyətindən sui-istifadə edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə şok açıqlamanı aktrisa özü "Hollywood Reporter" jurnalına müsahibəsində verib.

"Karyeramın zirvəsində qazandığım 18 milyon dollarım var idi. Amma bank hesabımı yoxlayanda gördüm ki, bütün pullarım yoxa çıxıb. Soyuducum, telefonum - hər şey başqalarına məxsus idi".

Aktrisa əlavə edib ki, bu hadisədən sonra həyata baxışı dəyişib və indi yalnız gələcəyə ümidlə baxır. Stounun sözlərinə görə, sağ qalmasına və bərpa olunmasına kömək edən əsas amil məhz gələcəyə olan inamıdır.

Qeyd edək ki, "Əsas instinkt" filmi ilə dünya şöhrəti qazanan Stounun həyatını tamamilə dəyişən insult 2001-ci ildə baş verib. Aktrisa doqquz gün komada qalıb, bərpa prosesi isə yeddi il çəkib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun