Türkiyəli müğənni Teoman 30 ildir istifadə etdiyi gitarasını satıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, satış "Cash on the Table" adlı hərracda həyata keçirilib.
Gitara 466 min lirəyə (24 min manat) məşhur müğənni Kənan Doğulu tərəfindən alınıb.
Qeyd edək ki, bu satışdan əldə olunan pul Uşaqların Müdafiəsi Agentliyinə bağışlanacaq.
Milli.Az