Puqaçova Rusiyaya nə vaxt qayıdacağını açıqladı

Puqaçova Rusiyaya nə vaxt qayıdacağını açıqladı

Alla Puqaçova 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər Rusiyaya qayıtmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə müğənniyə yaxın mənbələr məlumat verib.

Dostunun sözlərinə görə, Puqaçova dekabr və ya fevralda Rusiyaya qayıdacağını, bəlkə də Yeni ili evdə qeyd edəcəyini deyib. İddialara görə, o, bu dəfə hər şeyin dəqiq olduğuna bildirib. Puqaçova dostlarına və tanışlarına zəng edərək Rusiyanı müvəqqəti tərk etməyə də çağırıb. 

Mətbuat həmçinin bildirir ki, Müdafiə Nazirliyindəki mənbə Puqaçovanın "nazirlikdəki bir neçə ciddi adamla" danışdığını təsdiqləyib. Deyilənə görə, Puqaçovaya nazirlikdən davranışları ilə bağlı irad bildirilib.

Milli.Az