Aparıcı Elgiz Əkbər toy qonorarını dəyişib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda o, öz verilişində danışıb.
Elgiz vurğulayıb ki, toyda onu aparıcı kimi görmək istəyənlər 10 min manat ödəməlidir:
"Bəlli miqdarda qiymət qoymuşam. O pulu mənə versələr, gedib toy aparacağam. Qonorarım 10 min manatdır".
Qeyd edək ki, Elgiz daha əvvəl bu məbləğin 15 min manat olduğunu açıqlamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun