Xalq artisti Flora Kərimova adından saxtakarlıq edən səhifəni ifşa edib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. O, səhhətində yaranan problemlər və müalicəsi ilə bağlı yayılan videonun süni intellekt vasitəsi ilə edildiyini açıqlayıb.
"Bircə, bu yalançı süni zəka mənim adımdan danışmamışdı, o da oldu. İnanmayın" deyə, F.Kərimova vurğulayıb və bunun saxta olduğunu qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun