Türkiyəli müğənni İbrahim Tatlısəs ötən gün əməliyyat olunub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.
Sənətçinin keçmiş həyat yoldaşları Derya Tuna və Ayşegül Yıldızdan başqa, övladları Ahmet Tatlısəs, İdo Tatlısəs, Zübeyde Mələk Akkaş və Elif Ada Tatlısəs də xəstəxanada müğənnini tək qoymayıblar.
Hazırda səhhəti yaxşı olan Tatlısəs bir neçə gün sonra evə buraxılacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun