"Aygün Kazımovanın Hissə, Hissin də Aygün Kazımovaya olan sevgisini hamı bilir. Biz dəfələrlə efirdə də bir-birimizə olan sevgini demişik. Bəzi insanlar var ki, zövq alır, intriqa ilə bəslənirlər. Bunlar da belə xəbər çıxaranlardır".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Hiss "Zarafat bir yana" verilişində deyib. İfaçı "Best" adlı mahnısından və bunun ətrafında dolaşan söz-söhbətlərdən danışıb. Hiss Xalq artisti Aygün Kazımovanın hit olan "S.O.S" mahnısı ilə bağlı suallara belə reaksiya verib:
"İki artist tərəfindən belə cavab yoxdursa, deməli, belə deyil. Sadəcə, təsadüflə mahnılar eyni vaxtda onlayn oldu. Mən Aygün Kazımovanı çox sevirəm, o, mənə "qızım" deyir. Aygün Kazımova şou-biznesin atasıdır. Müqayisə yoxdu, hər kəsin öz yolu var. Aygün Kazımovanın öz janrı var. Adamın mənim yaşım qədər təcrübəsi və sənəti var".
Hiss mahnısı haqda "Bu mahnıda demək istəyirəm ki, bizim 2000-ci illərdə görüb böyüdüyümüz "bestlər" - Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan, Tünzalə Ağayeva, Niyaməddin Musayev, İlhamə Quliyevadır. Mahnının sözlərini onların diliylə oxumuşam" sözlərini əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun