83 yaşlı amerikalı rejissor Maykl Mann təsadüfən öz ayağına atəş açdıqdan sonra xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, hadisə Los-Ancelesdəki atıcılıq poliqonlarından birində baş verib.
Mann uzun illərdir atıcılıqla məşğul olur. Ehtimal olunur ki, məşqə hazırlaşarkən silahı özü yığmağa çalışıb və bu zaman təsadüfən atəş açılıb.
Rejissor dərhal yerli xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən, xəsarəti ciddi olmayıb: güllə yalnız dərialtı toxumalara zərər verib. Polis hadisəni təsdiqləyərək kişinin özünə qəsdən xəsarət yetirmək niyyətində olmadığını bildirib. Hadisə bədbəxt hadisə kimi qiymətləndirilib.
Mənbə:
olay.az
















