Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"

Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"

Müğənni Bahar Lətifqızı övladlarının ona ünvanladığı və cavab verməkdə çətinlik çəkdiyi sualdan danışıb.

Milli.Az-ın məlumatına görə, sənətçi "1001"şouda etiraf edib ki, övladları bir neçə il əvvəl onun tez-tez xarici ölkələrə səfər etməsi və uzun müddət evdən uzaq qalması ilə bağlı maraqlı sual veriblər.

Bahar Lətifqızı bildirib ki, həmin vaxt övladlarının biri 16, digəri isə 12 yaşında olub. Onlar analarının yoxluğuna dözməkdə çətinlik çəkdiklərini deyərək onun öz valideynlərindən necə ayrı qala bildiyini soruşublar.

Müğənni həmin sualı cavablandıra bilmədiyini və bu günə qədər də unutmadığını söyləyib:

"Övladlarım 4-5 il bundan əvvəl mənə sual verdilər ki, sən xarici ölkələrə gedirsən, günlərlə səni görmürük. Biz sənsiz qala bilmirik, sən necə ana-atasız qalmısan? Bu sualı ikisi də verib. Birinin 16, digərinin 12 yaşı var idi. O sualı cavablandıra bilməmişəm, indiyə kimi özümdə saxlamışam. Uşaqları anlamaq üçün insan gərək həyat məktəbini gözəl keçə".

Bahar Lətifqızının bu etirafı övladları ilə bağlı yaşadığı duyğusal anları gündəmə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az