Məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirin keçmiş arvadı Selin Kabaklı yeni iddia ilə gündəmə gəlib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, o Ebrunun həyat yoldaşını yoldan çıxartdığını və evli olduğu halda onunla sevgili olub ailəsini dağıtdığını sənəd və görüntülərlə sübut edəcək.
"Sevgilim 17 ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdi. Biz bir aydır ki, birlikdəyik. Keçmiş həyat yoldaşım evdən çıxıb başqa birinə getdi. Mən artıq sənədlərlə danışacağam" - deyə, Selin Kabaklı qeyd edib.
Məlumatlara görə Selin foto, video və mesajlarla ərinin Ebru ilə ona xəyanətini sübut edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun