Aktyor Hikmət Rəhimov həmkarı Sanura Cəfərovanın onun haqqında yazdığı qalmaqallı fikirlərə cavab verib.
Milli.Az bildirir ki, bu barədə sənətçi OLAY-a danışıb. O bildirib ki, aktrisa və komandasının ödənişinin gecikməsinə səbəb sponsordur:
- "Hikmət, sənə bir həftə vaxt verirəm!" - FOTOlar
"Sponsor ödəniş eləməlidir. Bir az gecikmə var. Bunu hamı bilir. Qayda və qanun mövcuddur".
Qeyd edək ki, S. Cəfərova H. Rəhimovun onu bloka atdığını, "Apatiya 2" filminin çəkilişində ona və komandasına haqsızlıq edildiyini iddia edib. Hətta o, Rəhimova ödənişlərin edilməsi üçün bir həftə vaxt verdiyini yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun