Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatimə Əliyeva onunla bağlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə o, “O üz” verilişinə danışıb. F. Əliyeva deyib ki, bir vaxtlar mərhumun evindən qızılların oğurlanması ilə bağlı xəbərlər yalandır:
“İlhamə xanım mənim qəlbimdə yaşayır. O öləndə rəngi də saralmadı. Ona zəng edirdilər, əzab verirdilər, telefonu götürdüm ki, bu xəstə adamdır, əl çəkin. Bəlkə də mən onu təhqir etdim. Bəzi jurnalistlər yığırdılar, mənə dedi ki, sən qarışma. Səhəri gün də rəhmətə getdi. Təcili yardım gələndə o, dünyasını dəyişdi. Müsəlman qaydalarına uyğun mən hər şeyi etdim. O, dünyasını dəyişəndə evdən heç nə götürülməyib. Qohum-əqrəbaları gələndə hamısı təhvil verildi. Öləndə onu dedi ki, nakam gedirəm, heç kimim yoxdur. Bir gün əziyyətini çəkən olsaydı, dərd etməzdim. Yaxın qohumlarından gəlib görərdilər ki, necə yataqda əziyyət çəkirdi. Yas yerində onu dil ilə ağlayan bir mən idim. Elə insanlar var ki, gözündən yaş çıxmırdı. Bizim ağlamağımızı da qadağan edirdilər. Bir çöpü də qalmadı məndə. Bir yaylığını da vermədilər. O bircə il yaşasaydı, mənim də, onun da halını görərdilər. Heyif ki, mənə vəsiyyət etdiklərinə ömür vəfa etmədi”.