Pierpaolo Piççoli “Balenciaga” moda evinin kreativ direktoru vəzifəsindən ayrılır.
OLAY yazır ki, o, bu vəzifədə bir ildən bir qədər artıq çalışıb. Bu barədə brendin ana şirkəti “Kering” məlumat yayıb.
“Balenciaga”nın baş direktoru Canfranko Cananceli Piççolinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib: “Pierpaoloya “Balenciaga”nın inkişafına verdiyi töhfəyə görə dərin minnətdarlığımızı bildiririk. Onun baxışı moda evinin yüksək moda ənənələrinə sadiqliyini təsdiqləməklə yanaşı, sənətkarlıq, konstruksiya və yaradıcılıq sahələrinə özünəməxsus yanaşmasını da ortaya qoyub”.
59 yaşlı italiyalı modelyer sosial şəbəkə hesabında geniş paylaşım edərək komanda və brendlə vidalaşıb. O, moda evində çalışdığı dövrə aid fotoları da izləyiciləri ilə bölüşüb.






















