Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu

Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu

Yunan müğənni Despina Vandinin İzmir vilayətində verəcəyi konsert səhnədəki türk bayrağı və Atatürk posterinin endirilməsini tələb etdiyi üçün ləğv edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Türkiyə Təhsil Vəqfinin İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında təhsilin xeyrinə konsert təşkil olunub.

Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi gözləməyə baxmayaraq səhnəyə çıxmayıb.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar müğənninin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini, biletlərin istəyənlərə geri qaytarıla biləcəyini açıqlayıb.

Daha sonra müğənninin səhnədəki bayrağa və Atatürkün posterinə görə səhnəyə çıxmaqdan imtina etdiyi məlum olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun