Xalq artisti Brilliant Dadaşova yeni layihəsini təqdim edib.
OLAY yazır ki, “Haqlısan” adlı mahnı üçün kamera qarşısına keçən sənətçi kəskin imic dəyişikliyi ilə diqqət çəkib.
Kürən obrazda olan Dadaşovanın klipi üçün xüsusi olaraq Rusiyadan model Daniel Kasyanenkoy dəvət edilib.
Layihə isə müğənninin yeni menecment şirkəti “Caspian Media Group” tərəfindən ekranlaşdırılıb. Rejissor Qulu Əsgərovdur. Sənətçinin imici üzərində stilist Elnur Həsənov çalışıb.