Sasseks hersoginyası Meqan Markl atası Tomas Marklın həbsindən sonra ilk dəfə rəsmi tədbirdə görüntülənib.
OLAY yazır ki, o, həyat yoldaşı şahzadə Harri ilə birlikdə Brüsseldə yerləşən Avropa Parlamentini ziyarət edib.
Şahzadə Harri çıxışı zamanı həyat yoldaşı da onu müşayiət edib. Lakin Meqan özü tədbir iştirakçıları qarşısında çıxış etməyib. Məlumata görə, hersoginya əvvəlcə həyat yoldaşını təqdim etməyi planlaşdırırmış. Meqanın nümayəndəsi Liam Makvir onun tədbirdə iştirak etdiyini təsdiqləsə də, əlavə açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, Meqanın atası Tomas Markl noyabrın 6-da ABŞ-nin Florida ştatında həbs olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun icarəyə götürdüyü iki anbar otağında azyaşlı qızların iştirakı ilə çəkilmiş seksual xarakterli fotolar aşkar ediblər.


























