Müğənni Nəfəsin tədbirlərin birində lentə alınan görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, səhnədə çıxışını başa vuran ifaçını daha sonra şəkil çəkdirmək istəyən pərəstişkarları əhatəyə alıb. İzdihamın arasından çıxmağa çalışan Nəfəsin onunla foto çəkdirmək istəyən şəxslərə qarşı kobud davranıb.
Sənətçinin həmin anlarda işlətdiyi ifadə də izləyicilərin diqqətindən yayınmayıb. Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri Nəfəsin davranışını və seçdiyi sözləri müzakirə etməyə başlayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















