“Yeni il”də milyonlar qazanacaqlar!

“Yeni il”də milyonlar qazanacaqlar!
“Yeni il”də milyonlar qazanacaqlar!

Yeni il gecəsi Kiprdə səhnəyə çıxmağa hazırlaşan türk müğənnilər Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgülün konsert qonorarları gündəmə gəlib.

OLAY yazır ki, üç məşhur sənətçi cəmi iki saat davam edəcək Yeni il çıxışına görə ayrı-ayrılıqda 25 milyon türk lirəsi alacaq. Bu rəqəmlərin doğru olduğu təqdirdə, üç müğənninin ümumi qazancı 75 milyon lirəyə (2 milyon 500 min manat) çatacaq.

Bu il üçün səsləndirilən 25 milyon lirəlik qonorar Ebru Gündeşin səhnə qiymətindəki artımı yenidən müzakirə mövzusuna çevirib.

Kenan Doğulunun da iki saatlıq Yeni il konserti qarşılığında 25 milyon lirə qazanacağı iddia edilib.

Ötən il Kiprdəki Yeni il çıxışına görə 10 milyon lirə aldığı deyilən sənətçinin bu ilki qonorarının 25 milyon lirəyə yüksəldiyi də bildirilib.

“Yeni il”də milyonlar qazanacaqlar!
“Yeni il”də milyonlar qazanacaqlar!
“Yeni il”də milyonlar qazanacaqlar!
Mənbə: olay.az