“Harri Potter” filmlərinin səkkizində də baş qəhrəmanı canlandıran aktyor Daniel Redkliff yeni serialı izləməyi planlaşdırmadığını açıqlayıb.
OLAY yazır ki, aktyor bildirib ki, “Harri Potter” kainatında uzun illər keçirdikdən sonra yeni ekran işinə baxmaq istəyi yoxdur. Radcliffe həmçinin indiyədək izləmədiyi bir çox məşhur serialın olduğunu vurğulayıb.
“Düzünü desəm, buna baxıb-baxmayacağımı bilmirəm. Artıq “Harri Potter” kainatında kifayət qədər vaxt keçirmişəm. Üstəlik, ümumiyyətlə, televiziya izləmirəm. “Breaking
Bad”ə də baxmamışam, “Mad Men”i də izləməmişəm. Bilirsiniz, səkkiz saatlıq ekran işi izləmək çox uzun müddətdir” deyə aktyor bildirib.

Mənbə:
olay.az

















