Hollivud ulduzu Salma Hayek eyni kişi ilə düz 4 dəfə evləndiyini açıqlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa fransalı milyarder əri Fransua-Anri Pino ilə 2006-cı ilin mayında Venesiyada tanış olub.
2007-ci ilin martında sevgililər nişanlandıqlarını elan ediblər. Həmin ilin sentyabrında Hayekin Pinodan qızı olub. Bundan sonra cütlük 5 dəfə ayrılaraq yenidən birləşib. 2009-cu ilin əvvəlində isə onlar nəhayət evlənib. Lakin macəra bununla da bitməyib. Toydan sonra düz dörd dəfə yenidən toy çalınıb. Bütün bunlara Salma Hayekin şıltaqlığı səbəb olub Toydan sonra toyda hazırlanmış tortu bəyənmədiyini deyən aktrisa dostlarını başına yığaraq yenidən toy edib. İkinci toyu bal ayında, üçüncü toy uşaqları anadan olduqdan sonra, dördüncü toy isə darıxdığı üçün yenidən evlənməyə qərar verdiyində baş tutub. Təbii ki, bütün bu toylarda Salma eyni kişi ilə evlənib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun