Mədəniyyət komitəsi Bülbül Fondunda toplaşdı

Mədəniyyət komitəsi Bülbül Fondunda toplaşdı
Mədəniyyət komitəsi Bülbül Fondunda toplaşdı

Milli Məclisin Mədəniyyət komitəsi Bülbül Fondunda ictimai dinləmə təşkil edib.

OLAY Qafqazinfo-ya istinadən yazır ki, dinləmə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusuna həsr olunub.

Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, deputatlar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, sədr müavini Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və digər mədəniyyət xadimləri iştirak edir.

Mənbə: olay.az