Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"

Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva efirdə geyim tərzinə görə ünvanına səsləndirilən iradlara sərt cavab verib.

Milli.Az xəbər verir ki, müğənni canlı yayım zamanı onu tənqid edənlərin münasibətinə təəccübləndiyini bildirib. Sənətçi istədiyi rəngdə və formada geyinməkdə sərbəst olduğunu, seçdiyi libasları daşımağı bacardığını vurğulayıb.

"Əgər geyimim kiməsə xoş gəlmirsə, bu, mənim problemim deyil. Niyə qıcıqlanırlar? Yaxşı edirəm, qırmızı da geyinirəm. Əyri ayaqlarım yoxdur ki? İndiyə qədər uzun paltar geyinirdim, elə bilirdilər ayaqlarım əyridir. Ajda Pekkan çimərlik geyimində səhnəyə çıxır, ona bahalı hədiyyələr verirlər. Bəs məni niyə qınayırlar?" - deyə Ruhəngiz Allahverdiyeva bildirib.

Əməkdar artist onu tənqid edənlərə geyindiyi libasları öz üzərlərində sınamağı da təklif edib. O, seçdiyi geyimi özünə yaraşdırdığını və onu rahatlıqla daşıya bildiyini söyləyib.

Sənətçi, həmçinin, heç kimin haqqına girmədiyini, başqalarının arxasınca danışmadığını qeyd edərək ona qarşı pis niyyət bəsləyənlərə Allahdan doğru yol diləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az