"Mən də həyatın "kukla"sıyam. Qarşımda olan insanlara, hadisələrə görə özümü "kukla"ya çevirməyi bacarmışam. Buna məcburam. Zamanla ayaqlaşmaq və insanları anlamaq üçün "kukla" olmaq vacibdir".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Sabahın xeyr, Azərbaycan" verilişində deyib.
Sənətçi özünü və insanları "kukla"ya bənzədib:
"Həyat şahmat oyununa bənzəyir. İnsanları da "kukla"ya bənzədirəm. Bir də görürəm insan "kukla" kimi qarşımda dəyişdi. İnsanları çevirməyi bacarıram. İstəyirsən əlini, ayağını, başını tərpət. Həyat, yaradıcılığım mənim üçün "kukla"dır. Onlar həqiqti təmsil edirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun