“Ərimə 3 dəfə başqası ilə evlən dedim” - Xərçənglə mübarizə aparan məşhur - FOTO

“Ərimə 3 dəfə başqası ilə evlən dedim” - Xərçənglə mübarizə aparan məşhur - FOTO

Xərçənglə mübarizə aparan rəqqasə Tanyeli bu müddətə ərzində ərindən böyük dəstək aldığını deyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İlkər Sünnili ilə evliliyinin 11-ci ildönümünü qeyd edən Tanyeli hər kəsin gözü önündə ərinə təşəkkür edib.

İlk həyat yoldaşını xərçəng xəstəliyindən itirən İlker Sünnili 11 ildir evli olduğu Tanyeli ilə ikinci dəfə keçirdiyi çətin prosesdən danışarkən, Tanyeli də ərinin dəstəyindən danışıb.

Artıq çəkisindən xilas olmaq üçün mədəsini əməliyyat etdirən Tanyeli 99 kilodan 60 kiloya düşüb. Lakin tezliklə  onda xərçəng xəstəliyi yaranıb. 

"1,5 ildir ki, çox çətin bir mübarizədən keçirik. Ərimə 3 dəfə dedim ki, məndən ayrıl, başqası ilə evlən.  Bu prosesdən keçən insanla birlikdə olmaq çox çətin bir prosesdir, çünki biz fiziki olaraq dəyişirik və bəzən əhvalımız dəyişir, dedim, get yaşa sənin öz həyatına dözə bilmirəm, başqasının mənə dözməsi daha çətindir, amma o, getmədi. Keçmiş həyat yoldaşını xərçəngdən itirdi, mənimlə yenidən bu çətinliyi yaşayır", -  rəqqasə bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun