“Liatris Holdinq”in sahibi, iş xanımı Ruhiyyə Əliyeva oğulları Muhammed və Həsəni doğum günü münasibəti ilə təbrik edib.
OLAY yazır ki, biznes ledi 12 yaşı tamam olan əkizləri ilə bağlı paylaşımına bu sözləri yazıb:
“Candan ötə bir can daha varmış, onun adı övladmış... doğrudan da bir uşaq doğulduqda bir ana dünyaya gəlmiş olur. Bu gün Muhammedimlə Həsənimin doğum günüdür. Övladlarımın dünyaya gəlişi ilə bütün həyatım gözəlləşdi. İlk dəfə səslərini eşidəndə və ya ilk yerişlərini gördükdə, “ana” sözünü eşitdikdə nə hisslər keçirdiyimi hansı sözlərlə anlada bilərəm ki? Hətta ilk ətirlərinin qoxusunu da xatırlayıram. Heç bir gül-çiçək həmin qoxunu əvəz edə bilməzdi. Məhz həmin əsrarəngiz iy cənnətin qoxusu idi. Əziz övladlarım! İllər ötür və siz gözlərim önündə böyüyürsünüz. Ana kimi arzularım o qədər çoxdur ki... Mən sizi daim sağlam, xoşbəxt və gülərüz görmək istəyirəm. Sizi görüm tələbə olun, əsgər olun, layiqli vətəndaş olun. İki qardaş daim bir-birinizə arxa-dayaq olun, sevinc və dərdlərinizə şərik olun. Vətəninizi, torpağınızı, xalqınızı və bayrağınızı sevin, bir sözlə əsl Azərbaycanlı olun. Mərdlik və kişilik həyat deviziniz olsun. Daim verdiyiniz sözə sahib çıxın, böyüklərə hörmət və ehtiram göstərin. Atanız kimi sadə və alicənab olmaqla, insanlarla səmimi olun. Bilin ki, sizin hər ikinizə damarlarınızda axan qanınız kimi yaxınam. Son nəfəsimədək sizi qoruyacağıma əmin olun. Ad gününüz mübarək! Sizi hamıdan və hər şeydən çox sevən ananız…”.