Aktrisa Demi Mur Los-Ancelesdə keçirilən “Baby2Baby” xeyriyyə gecəsinə üç qızı ilə birlikdə qatılıb.
OLAY yazır ki, hər il aztəminatlı ailələrin uşaqlarına dəstək məqsədilə milyonlarla dollar ianə toplayan tədbirdə 64 yaşlı aktrisa zərif və diqqətçəkən obrazı ilə seçilib.
Demi Mur qırmızı xalçada qara rəngli, iri volan və büzməli detallarla bəzədilmiş libasda görünüb. Bel hissəsini vurğulayan kontrast rəngli bant obrazına xüsusi zəriflik qatıb. Aktrisa görünüşünü səliqəli saç düzümü və yüngül parıltılı makiyajla tamamlayıb.

Mənbə:
olay.az

















