Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya

Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya

Türkiyəli aktrisa Demet Özdemir keçmiş tərəf müqabili Çağatay Ulusoyun "Eşref tek" serialında Aybüke Pusatla rol alamasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Demet ekran işində ona dəvət gəlməməsi haqda suala belə reaksiya verib:

"Bu layihə əvvəlki serialın davamı olmadığı üçün ssenarini oxumamışam və onun haqqında məlumatım yoxdur. Onlar üçün xeyirli olsun, hər şey yaxşı keçsin. Haqqımızda çox şey yazılıb, danışılır. Amma bir qadın başqa bir qadın haqqında onsuz da pis danışmaz. Bu sektorda kiminsə yerinə başqasının keçməsi kimi bir şey yoxdur. Kişi aktyorlarla bağlı belə yanaşmalar olmur, amma qadınlarla bağlı çoxlu ssenarilər qurulur. Ona görə də yolları açıq olsun".

Aktrisa bu layihədə yer almaması ilə bağlı inciklik yaşayıb-yaşamadığı məsələsinə isə belə aydınlıq gətirib:

"Qətiyyən belə bir şey ola bilməz. Biz tamam başqa bir iş gördük, hazırda isə tamam başqa bir layihə həyata keçirilir". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az