Robert Pattinson Yeni Ceyms Bond seçildi

Robert Pattinson Yeni Ceyms Bond seçildi
Robert Pattinson Yeni Ceyms Bond seçildi

"Amazon MGM Studios" britaniyalı aktyor Robert Pattinsonun yeni Ceyms Bond olacağını təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu haqda instaqramda paylaşım edilib.

Studiya Pattinsonu "Agent 007" rolunda əks etdirən ilkin tanıtım materiallarını yayımlayıb.

Seriyanın pərəstişkarları iki cəbhəyə bölünüb. Belə ki, şərhlər bölməsində həm həvəsli, həm də məyusluq ifadə edən fikirlərə rast gəlmək olar.

İstifadəçilərdən biri "Nə böyük məyusluq! Pattinsonu bəyənirəm, amma bu, rola qarşı hörmətsizlikdir. Başqa birini seçməli idilər", - deyə qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az